11:28 13-05-2016
news_image

Yığmamızın ən güclülərinə dəvət gəldi, dünya çempionumuz heyətə düşmədi

Mayın 27-29-da Meksikanın Qvadalaxara şəhərində keçiriləcək cüdo üzrə “Masters” turnirinin iştirakçıları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Cüdo Federasiyası dünyanın ən güclülərinin qatılacağı yarış üçün 5 azərbaycanlı idmançıya dəvət göndərib.

 

Reytinqə əsasən ilk “16-lıq”da yer alan Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) Olimpiya tsikilinin son turnirinə qatılmaq hüququ qazanıblar.

 

Turnirdə qalib 700, finalçı 420, 3-cü yerin sahibi 280 xal qazanacaq. Həmçinin, 5-ci, 7-ci yeri tutanlar və 1 qələbə qazananlar da reytinqdə mövqelərini yaxşılaşdıra biləcəklər.

 

Qeyd edək ki, bu cüdoçularımız Olimpiadaya lisenziyanı da təmin ediblər. Lakin 60 kq çəki dərəcəsində seçimi baş məşqçi Peter Zayzenbaher açıqlayacaq. O, bu çəki ilə yanaşı, Rioda 100 kq çəki dərəcəsində Qasımov və ya dünya çempionumuz Elxan Məmmədovdan birinə üstünlük verəcək.