18:47 13-05-2016
news_image
733
DİGƏR NÖVLƏR

“Formula-1”: Maneələrin quraşdırılması davam edir

Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BHŞ) iyunun 17-19-da keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. BHŞ-dən apasport.az saytına verilən məlumata görə, hazırda marşrutun keçəcəyi küçələrdə təhlükəsizlik maneələrinin quraşdırılması işləri icra olunur.

 

Bu səbəbdən Əziz Əliyev küçəsi mayın 13-ü, saat 22:00-dan etibarən mayın 14-ü, səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

 

Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.