09:26 18-05-2016
news_image
1257
TOP OYUNLARI

“Lokomotiv”dən şikayət edən voleybolçu İtaliya klubunda

“Lokomotiv” klubunu tərk edən daha bir voleybolçunun adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, dominikalı Brenda Kastillonun ardınca çexiyalı Aneta Havlikova da “dəmiryolçular”ın düşərgəsindən ayrılıb.

 

Komandada son 6 ayda əmək haqqını ala bilməyən və Avropa Voleybol Konfederasiyasına rəsmən şikayət edən hücumçu İtaliyada forma geyinəcək. O, artıq “Skandiççi” ilə danışıqları da yekunlaşdıraraq, 1 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, 2012/2013 və 2014-2016 mövsümlərində “Lokomotiv”də çıxış edən Aneta hər 3 mövsümdə adından söz etdirməyi bacarıb və Super Liqanın simvolik komandasında yer alıb. O, həmçinin çempionatımızda 2 dəfə bombardir adına yiyələnib.