17:45 19-05-2016
news_image
1257
TOP OYUNLARI

Yığmamız Avropa çempionatına 1 xalla başladı - YENİLƏNİB

Bu gün kişi voleybolçular arasında Avropa çempionatının I seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, I qrupda yer alan yığmamız Gürcüstanda baş tutan oyunlarda ilk qarşılaşmasını İsveçə qarşı keçirib.

 

Fərid Cəlalovun yetirmələri tay-brekdə məğlubiyyətə üzülüblər. Belə ki, ilk hissə komandamızın hücumları ilə başlasa da, sonradan rəqib təşəbbüsə yiyələnib və hissəni xeyrinə bitirib. Lakin bu, psixoloji durumu yerində olmayan voleybolçularımızı ruhdan salmayıb. Onlar ikinci setdə status-kvonu bərpa ediblər.

 

Üçüncü hissə daha gərgin keçib. Amma rəqib beynəlxalq oyun təcrübəsi hesabına yenidən önə keçib. Məğlubiyyətlə barışmaq istəməyən millimiz dördüncü setdə əzmkar qələbə qazanıb. Tay-brekdə isə isveçlilər güclü olub.

 

Beləliklə, sabah İsveçrə ilə oynayacaq millimiz Avropa çempionatına 1 xalla start verib.  

 

I qrup

19 may

İsveç - Azərbaycan - 3:2 (25:16; 21:25; 25:23; 24:26; 15:12)

Hakimlər: Pavel Anderson (Rusiya), Vyaçeslav Prozorov (Moldova)

Tiflis, Yeni Voleybol Arenası

 

Qeyd edək ki, qrupumuzun digər oyununda Gürcüstan İsveçrə ilə oynayacaq.