10:03 19-05-2016
news_image
477
DİGƏR NÖVLƏR

Snayperlərimiz Almaniyaya yollandı - FOTO

Sabah Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 6 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Münhenə Rio üçün “wild card” arzusunda olan Ruslan Lunyov, həmçinin yığmamızın gənc snayperi Xəyalə Hüseynli yollanıb. Təmsilçilərimiz 3 məsafədə hədəf önünə keçəcəklər. Lunyov 25 m və 10 m, Hüseynli yalnız 10 m məsafədə dəqiqliyini yoxlayacaq.

 

Qeyd edək ki, Dünya Kubokuna ümumilikdə 88 ölkədən 738 idmançı qatılacaq.