10:59 19-05-2016
news_image
397
TOP OYUNLARI

“Telekom”un voleybolçusu Azərbaycan yığması ilə oyuna çıxmaya bilər

Qadın voleybolçulardan ibarət Monteneqro millisi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında Azərbaycan yığmasının rəqibi Bakı “Telekom”unun hücumçusu Kseniya İvanoviçin xidmətindən məhrum olub.

 

Belə ki, Super Liqanın gümüş medalçısı məşq prosesində zədələnib. Komandanın baş məşqçisi Vladimir Milaçiç bu səbəbdən də onu Avropa çempionatının seçmə mərhələsinə aparmağı da məqsədəuyğun saymayıb. Onun nə vaxt sıraya dönməsi həkim rəyindən sonra bilinəcək.

 

Rəqibimiz final mərhələsi Azərbaycan və Gürcüstanda keçiriləcək yarış üçün artıq Litvaya da yollanıblar. Onlar burada ev sahibləri, Bosniya və Herseqovina və Norveçlə II qrupda yer alıblar.

 

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsindən sonra Avropa Liqası başlayacaq. Azərbaycan və Monteneqro arasında ilk görüş iyunun 4-nə təsadüf edəcək.