12:46 19-05-2016
news_image
526
STOLÜSTÜ OYUNLAR

Azərbaycanlı Olimpiadanın baş hakimi seçildi

Azərbaycanda keçiriləcək 42-ci Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışın baş hakimi Faiq Həsənov olacaq.

 

Ümumilikdə olimpiada vaxtı 200-ə yaxın hakim partiyalara nəzarət edəcək. Baş hakimin köməkçiləri Anastasiya Sorokina və Mahdi Abdulrahim olacaq.  

FİDE Hakimlər Komissiyasının sədri Takis Nikolopoulos isə turnirin direktoru təyin olunub. 

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.