15:18 19-05-2016
news_image

Dünya çempionatı yığmamız üçün məğlubiyyətlə başladı

Qazaxıstanın Astana şəhərində qadın boksçular arasında dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə yığmamızın heyətində rinqə Alina Hacıyeva çıxıb.

 

81 kq çəki dərəcəsində döyüşən təmsilçimiz qabonlu Çimene Molumba ilə üz-üzə gəlib. Qarşılaşma Hacıyeva üçün uğursuz alınıb. Rəqib vaxtından əvvəl qələbəyə sevinib.

 

Qeyd edək ki, millimiz səfərə 9 boksçu ilə yollanıb.