14:01 20-05-2016
news_image
900
TOP OYUNLARI

Ən yaxşılarımız üçün avrokubok TƏQVİMi

Qadın voleybolçular arasında 2016/17 mövsümünün təqvimi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Avropa Voleybol Konfederasiyası oyun günlərinin tarixini açıqlayıb.

 

Belə ki, bu ildən yeni reqlamentlə keçiriləcək yarış oktyabrın 18-də start götürəcək. 3 təsnifat mərhələsindən sonra qrup oyunlarına start veriləcək. Təsnifat mərhələlərində uduzacaq komandalar isə CEV kubokunda mübarizəni davam etdirəcəklər.

 

Azərbaycanı qitədə ən güclü klub turnirində təmsil edəcək ölkəmizin 2 klubu – Super Liqanın qalibi “Azərreyl” və gümüş medalçısı “Telekom” da mövsümə qrup mərhələsindən başlayacaqlar. Onların ilk oyunları dekabrın 13-15-i aralığına təsadüf edəcək.

 

Yeni qaydaya əsasən 4 qrupun qalibi, həmçinin 3 ən yaxşı 3-cü yerin sahibi pley-offa yüksələcək. Bundan sonra “Dördlər finalı”nın ev sahibi adına aydınlıq gələcək, həmçinin 6 komanda ona rəqib olmaq üçün 3 cütə bölünəcək. Qaliblər yarımfinalda iştirak hüququ qazanacaqlar.

 

Çempionlar Liqasının finalı isə aprelin 23-də təşkil olunacaq.

 

Qeyd edək ki, yarışın püşkatması iyunun 9-da İtaliyanın paytaxtı Romada olacaq.

 

 

 

 

Təsnifat mərhələləri

 

 

I oyun

II oyun

I təsnifat mərhələsi

18 oktyabr, 2016

22 oktyabr, 2016

II təsnifat mərhələsi

1 noyabr, 2016

5 noyabr, 2016

III təsnifat mərhələsi

15 noyabr, 2016

19 noyabr, 2016

 

Qrup mərhələsi

 

 

Tarix

I tur

13-15 dekabr, 2016

II tur

10-12 yanvar, 2017

III tur

24-26 yanvar, 2017

IV tur

7-9 fevral, 2017

V tur

21-23 fevral, 2017

VI tur

28 fevral, 2017

 

Pley-off mərhələsi

 

 

I oyun

II oyun

1/6 final

21-23 mart, 2017

4-6 mart, 2017

 

Dördlər finalı

 

 

Tarix

1/2 final

22 aprel, 2017

3-cü yer uğrunda

23 aprel, 2017

Final

23 aprel, 2017