16:01 20-05-2016
news_image

Boksçumuz dünya çempionatında mübarizəni dayandırdı

Qazaxıstanın paytaxtı Astanada qadın boksçular arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha bir üzvü rinqə çıxıb.

 

64 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Ayzanat Hacıyeva Cayayra Qonzaleslə (ABŞ) qarşılaşıb və uduzaraq  mübarizəni dayandırıb.

 

Axşam saatlarında isə daha bir boksçumuz - Yelena Vıstropova (75 kq) mübarizəyə qoşulacaq. Rioya lisenziya arzusunda olan təmsilçimiz startdaca Quançjoudakı dünya çempionatının finalında uduzduğu Savanna Marşallla üz-üzə gələcək.

 

Qeyd edək ki, Hacıyevadan öncə Alina Hacıyeva (81 kq) da məğlub olmuşdu. Komandamız Astanaya isə 9 boksçu ilə yollanıb.