10:02 21-05-2016
news_image

Millimizdə 3-cü itki

Qazaxıstanın paytaxtı Astanada qadın boksçular arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha bir üzvü rinqə çıxıb.

 

75 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vıstropova ilk döyüşünü keçirib. Rioya lisenziya arzusunda olan təmsilçimiz startdaca Quançjoudakı dünya çempionatının finalında uduzduğu Savanna Marşallla üz-üzə gəlib.

 

Görüş bu dəfə də böyük britaniyalı idmançının qələbəsi ilə yekunlaşıb. Rəqib 3:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, bunadək Ayzanat Hacıyeva (64 kq) və Alina Hacıyeva (81 kq) da məğlub olmuşdu. Komandamız Astanaya isə 9 boksçu ilə yollanıb.