19:56 21-05-2016
news_image
558
TOP OYUNLARI

Millimiz qələbə ilə vidalaşdı - YENİLƏNİB

Bu gün kişi voleybolçular arasında Avropa çempionatının I seçmə mərhələsində III turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, I qrupda yer alan Azərbaycan millisi son oyununda Gürcüstanla qarşılaşıb.

 

Əvvəlki iki oyunda İsveçə 2:3, İsveçrəyə 0:3 hesabı ilə uduzan yığmamız üçün son tur formal xarakter daşıyırdı. Belə ki, hesabında cəmi 1 xal olan Fərid Cəlalovun yetirmələrinin mərhələ adlamaq şansı qalmamışdı.

 

Buna baxmayaraq voleybolçularımız son oyununda inamlı qələbə qazanıb. Autsayder rəqibini 3:0 hesabı ilə yenən millimiz qrupda 3-cü pilləni ələ keçirərək sonuncu olmaqdan qurtulub.

 

I qrup

21 may

 

III tur

İsveç – İsveçrə - 3:2

 

Azərbaycan – Gürcüstan - 3:0 (25:21, 25:17, 25:12)

Hakimlər: Arzu Əmiroğlu (Türkiyə), Vyaçeslav Proxorov (Moldova)

Tiflis, Yeni Voleybol Arenası

 

İsveç

3

3

0

9-4

292-246

7

İsveçrə

3

2

1

8-3

238-207

7

Azərbaycan

3

1

2

5-6

236-235

4

Gürcüstan

3

0

3

0-9

147-225

0

  

Qeyd edək ki, növbəti mərhələyə 3 qrupun qalibi və ən yaxşı nəticəyə malik iki 2-ci yerin sahibi vəsiqə qazanıb. Avro-2017-nin final mərhələsi isə Polşada baş tutacaq.