18:45 22-05-2016
news_image
2866
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatında daha bir medal

İsveçrədə keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın son günündə Azərbaycan yığmasının 2 taekvondoçusu mübarizəyə qoşulub.

 

87 kq

 

Bu çəkidə ölkəmizi təmsil edən Payam Qobadi Oğaz ilk görüşündə xorvatiyalı Nikolo Bojonu məğlub edib – 4:0. Təmsilçimizin ikinci rəqibi fransalı Mbar Ndaye olub. Bu döyüş də taekvondoçumuzun qələbəsi ilə yekunlaşıb – 3:0. Uğurlu çıxışını davam etdirən Payam 1/4 finalda böyük britaniyalı Damon Sansumu mübarizədən kənarlaşdırıb – 1:0. Yarımfinalda rus rəqibi Vladislav Larinə uduzan təmsilçimiz fəxri kürsünün üçüncü pilləsində qərar tutub.

 

+87 kq

 

Bu çəki dərəcəsində təmsilçimiz Radik İsayev ilk mərhələdəcə məğlub olub. Avropa və dünya çempionumuz ukraynalı Mixaylo Şelestə 5:4 hesabı ilə uduzub.

 

Beləliklə, komandamız, 37 ölkədən 387 taekvondoçunun qatıldığı Avropa çempionatından 3 medalla qayıdır. Millimizin üzvlərindən, Rio Yay Olimpiya Oyunlarının lisenziya sahibləri, 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Harçeqani qızıl, Patimat Abakarova (53 kq) gümüş, Payam Qobadi Oğaz (87 kq) isə bürünc medal qazanıb.