09:36 23-05-2016
news_image
423
TOP OYUNLARI

Yığmamız dayandı, onlar yoluna davam edəcəklər

Kişi voleybolçular arasında Avropa çempionatının I seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizəni dayandırdığı yarışda mərhələ adlayan 5 komandanın adı dəqiqləşib.

 

Belə ki, yalnız yığmamızın yer aldığı qrupdan 1 ölkə mübarizəni davam etdirəcək. Bu, Fərid Cəlalovun yetirmələrinin tay-brekdə uduzduğu İsveç voleybolçularıdı. Onlar bütün görüşlərini qələbə ilə başa vuraraq, II mərhələdə oynamaq hüququ qazanıblar.

 

II qrupdan Avstriya və Moldova, III qrupdan isə İsraillə Norveç çempionatda çıxışlarını davam etdirəcəklər.

 

Qeyd edək ki, yığmamız 4 xalla qrupu 3-cü yerdə bitirib.