11:46 23-05-2016
news_image
766
TOP OYUNLARI

Azərbaycandan gedib, “Qalatasaray”la müqavilə bağladı

Bolqarıstanlı voleybolçu Xristina Rusevanın “Telekom”dan gedişi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı blokçu karyerasını Türkiyədə davam etdirəcək.

 

O, artıq “Qalatasaray”la rəsmi müqavilə də imzalayıb. İstanbul təmsilçisi ötən ildən xidmətində maraqlı olduğu Ruseva ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Xristina 2015/2016 mövsümünün gedişində zədələndiyindən Super Liqada pley-off matçlarında oynamayıb.