18:18 23-05-2016
news_image
508
DİGƏR NÖVLƏR

Pirlo və Covinko yığmaya lazım olmadı

İtaliya millisinin AÇ-2016 üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Antonio Konte Fransada keçiriləcək yarış üçün 30 oyunçudan ibarət ilkin heyəti müəyyənləşdirib.

 

Andrea Pirlo və Sebastyan Covinko siyahıya daxil edilməyib. Yekun siyahıda isə bu oyunçulardan 23-ü yer alacaq.

 

Qapıçılar: Canluici Buffon (“Yuventus”), Salvatore Siriqu (PSJ, Fransa), Federiko Marketti (“Latsio”);

Müdafiəçilər: Davide Astori (“Fiorentina”), Andrea Bardzalyi, Leonardo Bonuççi, Corco Kyellini, Daniele Ruqani (hamısı “Yuventus”), Ancelo Oqbonna (“Vest Hem”, İngiltərə), Matteo Darmian (“Mançester Yunayted”, İngiltərə), Mattia De Şilyo (“Milan”), Davide Dzappakosta (“Torino”);


Yarımmüdafiəçilər: Marko Benassi (“Torino”), Cakomo Bonaventura, Rikkardo Montolivo (hər ikisi “Milan”), Daniele De Rossi, Alessandro Florentsi (hər ikisi “Roma”), Emmanuele Cakkerini (“Bolonya”), Jorjinyo (“Napoli”), Tyaqo Motta (PSJ, Fransa), Marko Parolo, Antonio Kandreva (hər ikisi “Latsio”), Stefano Sturaro (“Yuventus”);

Hücumçular: Eder (“İnter”), Çiro İmmobile (“Torino”), Lorenso İnsinye (“Napoli”), Qratsiano Pelle (“Sauthempton”), Simone Dzadda (“Yuventus”), Federiko Bernardeski (“Fiorentina”), Stefan El Şaaravi (“Roma”).