15:20 24-05-2016
news_image
2381
TOP OYUNLARI

“Lokomotiv” rəhbərliyi geri çəkildi, federasiya çətin durumda

“Lokomotiv”in rəhbərliyi klubdan rəsmən imtina edib. Apasport.az saytının əldə etdiyi məlumata görə, “dəmiryolçular”ın prezidenti Elnar Əsgərov və komandası yeni mövsümdə burada çalışmayacaqlar.

 

Bu səbəbdən Bakı təmsilçisində çalışanlar özlərinə yeni iş yeri tapmağa da başlayıblar. Onların bəziləri ərizələrini də rəhbərliyə təqdim ediblər.

 

Artıq bir neçə voleybolçu “Lokomotiv”dən şikayət etdiyindən Azərbaycan Voleybol Federasiyası borcların həlli yolunda addım atmağı planlaşdırır. Çünki oyunçulara olan son 6 ayının maaşı verilməyəcəyi halda ölkəmiz ciddi cəzalara məruz qala bilər. Bu isə Avro-2017-yə Gürcüstanla birgə ev sahibliyi edəcək Azərbaycanın beynəlxalq aləmdə imicinə təsirsiz ötüşməyəcək. Həmçinin klublarımıza transfer qadağası da rəsmiləşəcək.

 

Azərbaycan Voleybol Federasiyası borcları ödəməklə yanaşı, kluba yeni sponsor tapılmasında da maraqlıdı. Əks halda, yeni mövsümdə komandaların sayı azalacaq ki, Avropa Voleybol Konfederasiyası da 4 klublu yarışı çempionat kimi qəbul etməyəcək. Nəticədə 2017/2018 mövsümündə avrokuboklarda oynamaq şansımız da qalmayacaq.

 

Qeyd edək ki, “Lokomotiv”in borcu təxminən 800 min dollardı.