09:39 25-05-2016
news_image

Millimiz dünya çempionatında çıxışını başa vurdu

Qazaxıstanın Astana şəhərində qadın boksçular arasında dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması mundialı medalsız başa vurub.

 

Belə ki, yarımfinal uğrunda döyüşdə sonuncu boksçumuz Yana Alekseyevna (60 kq) da məğlubiyyətə üzülüb. Rio-2016-nın iştirakçısı fransalı Estel Mosseliyə 0:3 hesabı ilə uduzub. 

 

Nəticədə dünya çempionatına yollanan 9 idmançımız yarışla vaxtından əvvəl vidalaşıblar.