12:35 26-05-2016
news_image
521
STOLÜSTÜ OYUNLAR

“O, dünya şahmat ulduzu, Avropa çempionu idi...” - Azad Rəhimov

"Mərhum şahmatçımız Vüqar Həşimov bizi tərk etsə də, onu daim xatırlayırıq. O, dünya şahmat ulduzu, Avropa çempionu idi. Vüqar Həşimov Azərbaycan şahmatına böyük uğurlar qazandırıb”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” superturnirinin ilk turuna start veriləcək. Açılış mərasimində iştirak edən Rəhimov yarış haqda fikirlərini turnirin mətbuat xidmətinə bildirib: “Bu turnir də onun xatirəsinə ehtiram əlamətidi. "ShamkirChess" turniri Azərbaycanda keçirilən və FİDE-nin təqvimində yer alan beynəlxalq yarışlar arasında xüsusi yer tutur. Yarış çox yüksək səviyyədə təşkil olunub. Şəmkir çox gözəl şəhərdi. Şahmatçılar da özlərini burada çox yaxşı hiss edirlər. Qarşıda şahmatsevərləri 10 maraqlı yarış günü gözləyir”.

Qeyd edək ki, “ShamkirChess 2016” iyunun 4-də başa çatacaq.