09:12 27-05-2016
news_image
418
STOLÜSTÜ OYUNLAR

“Heç-heçə pis nəticə deyil” - FOTO

“Şəmkir turnirində zəif rəqib yoxdu. Ona görə də heç-heçəni pis nəticə saymaq olmaz”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı şahmatı Eltac Səfərli deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” superturnirinin ilk turunda həmyerlimiz Ukrayna təmsilçisi Pavel Elyanovla heç-heçə oynayıb. Azərbaycan çempionu partiyadan sonra təəssüratlarını jurnalistlərlə bölüşüb: “Elyanov güclü rəqibdi. Püşkdə bəxtimin gətirməməsini deyə bilmərəm. Çünki, burada zəif şahmatçı yoxdu. İlk tur üçün məqsədim ən azı heç-heçə etmək idi. Məğlubiyyətdən başqa istənilən sonluğu yaxşı nəticə hesab edəcəkdim”.

O bildirib ki, görüş maraqlı alınıb: “Oyunun əvvəlində azacıq üstünlük olsa da, ardıcıl səhvlərə yol verdim. Partiyanı uduzmağa yaxın idim. Sonra Pavel səhv elədi və mən 1-2 gedişlə qələbənin əsasını qoya bilərdim. Lakin həmin gedişləri tapmaqda çətinlik çəkdim. Heç-heçə pis nəticə deyil. Turnir indi başlayır. Hazırda turnirin həyəcanı davam edir".

Ukrayna şahmatçısı “ShamkirChess 2016” haqda xoş sözlər deyib: "Təşkilatçılıq yüksək səviyyədədi. Bizim üçün lazımi şərait yaradılıb. Oyuna gəlincə, Eltacla partiya asan olmadı. Ardıcıl səhvlər qələbə qazanmağıma mane oldu. Yaxşı uduzmadım, startda məğlubiyyət yaxşı hal deyil".