09:18 27-05-2016
news_image
345
STOLÜSTÜ OYUNLAR

“Qarşıda bizi daha çətin oyunlar gözləyir”

“Maraqlı debüt izlədik. Üstünlük olsa belə onu inkişaf etdirmək çətin idi. Bu mənada müxtəlif variantlar üzərində düşünürdüm”. Apasport.az saytının məlumatına görə, bunu ABŞ şahmatçısı Fabiano Karuana deyib.

 

“ShamkirChess 2015” turnirinin I turunda hindistanlı zəka sahibi Pentala Harikrişna heç-heçə oynayan Karuana bildirib ki, rəqib yaxşı müdafiə olunurdu: “Səhv etmək istəmədiyim üçün fərqli gedişlərə üstünlük verdim. İlk turda yarım xal pis nəticə deyil. Əsl mübarizə irəlidədi".

Harikrişna isə vurğulayıb ki, "ShamkirChess 2016”da zəif rəqib yoxdu: “İlk turda reytinq favoritlə qarşılaşdığım üçün çətinlik yaşadım. Karuana güclü rəqibdi. Burada qələbə qazanmağa əsas namizədlərdən sayılır. İlk oyunda yarım xal qazanmaq normaldı. Qarşıda bizi daha çətin oyunlar gözləyir".