15:59 27-05-2016
news_image
3157
TOP OYUNLARI

Çempionlar Liqasında bütün rəqiblərimiz dəqiqləşdi

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2016/2017 mövsümündə iştirak edəcək komandaların tam siyahısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası qitənin ən nüfuzlu klub turnirində 30 komandanın iştirakını təsdiqləyib.

 

“Lokomotiv” və “Azəryol” maliyyə problemi səbəbindən Çempionlar Liqasından imtina etdiyindən Azərbaycan yarışa 2 klublar qatılacaq. Ölkəmizi avrokubokda Super Liqanın qalibi “Azərreyl” və finalçısı “Telekom” təmsil edəcək. Bakı klublarının hər ikisi turnirə qrup mərhələsindən start verəcək. Onlarla yanaşı, daha 10 komanda bu mərhələdə rəqibini gözləyəcək.

 

Yeni reqlamentə əsasən 18 klub Çempionlar Liqasına təsnifat mərhələsindən başlayacaq. Burada 3 mərhələdə qalib gələcək 4 komanda qrup mərhələsində, məğlub olacaq klublar isə CEV kubokunda mübarizəni davam etdirəcək.

 

Ardınca 4 qrupun qalibi, həmçinin 3 ən yaxşı 3-cü yerin sahibi pley-offa yüksələcək. Bundan sonra “Dördlər finalı”nın ev sahibinin adına aydınlıq gələcək, həmçinin 6 komanda ona rəqib olmaq üçün 3 cütə bölünəcək. Qaliblər yarımfinalda iştirak hüququ qazanacaqlar.

 

Çempionlar Liqasının finalı isə aprelin 23-də təşkil olunacaq.

 

Qeyd edək ki, yarışın püşkatması iyunun 9-da İtaliyanın paytaxtı Romada olacaq.

 

Qrup mərhələsindən mübarizəyə başlayacaq komandalar

“VakıfBank”, “Fənərbaxça” (hər ikisi  Türkiyə), “Dinamo” (Moskva), “Uralochka” (hər ikisi Rusiya), “Ximik” (Polşa), “Azərreyl”, “Telekom” (hər ikisi Azərbaycan), “Sen-Rafael” (Fransa)*, “Konegliano” (İtaliya), “Dresdner” (Almaniya), “Volero” (İsveçrə), “Alba” (Rumıniya)

 

Təsnifat mərhələsindən mübarizəyə başlayacaq komandalar
“Əczaçıbaşı” (Türkiyə), “Dinamo”* (Krasnodar, Rusiya), “Dabrova Qornitsa” (Polşa), “Kann” (Fransa), “Modena” (İtaliya), “Agel” (Çexiya), “Vizura” (Serbiya), “Hameenlinna”* (Finlandiya), “Ximik”* (Ukrayna), “Kalsit” (Sloveniya), “Makkabi”* (Hayfa, İsrail), “Bimal-Yedinstvo”* (Bosniya və Herseqovina), “Minçanka”* (Belarus), “Linamar”* (Macarıstan), “Maritsa”* (Bolqarıstan), “Luka”* (Monteneqro), “Kohila”* (Estoniya), “Drita”* (Kosova)

 

Qeyd: * işarəsi ilə Çempionlar Liqasında debütantları fərqləndirilib.