20:10 27-05-2016
news_image
470
STOLÜSTÜ OYUNLAR

“Məğlub ola bilərdim” – Eltac Səfərli

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2016” turnirində II turun daha bir oyunu başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Eltac Səfərli Çin idmançısı Hou Yifanla heç-heçə oynayıb.

 

Partiyadan sonra hər iki .ahmatçı jurnalistlərin suallarına cavablandırıblar.

 

Xanım qrossmeyster təmsilçimizlə oyunun maraqlı olduğunu deyib: “Eltaca qarşı maraqlı oyun alındı. Üstünlüyüm var idi. İnkişaf etdirərək qələbə qazanmaq istəyirdim. Sonra səhvlərim oldu. Ümumilikdə oyunumdan razıyam.

Şəmkir turnirində çıxış etdiyim üçün xoşbəxtəm. Gələcəkdə ancaq kişi şahmatçılarla oynamaq barədə düşünmürəm. Fərqi yoxdur - kişi və ya qadın şahmatçı. Kişi şahmatçılardan ibarət Çin millisi son illər böyük uğurlar qazanıb. Ona görə həmin heyətə düşmək asan deyil. Reytinqə görə millinin üzvlərindən geri qalıram. Bəlkə əmsallarımı artırsam, gələcəkdə kişilərin yığmasında oynamaq mümkün olar".

Eltac Səfərli isə partiyanın onun üçün çətin alındığını etiraf edib: "Xanım şahmatçıyla oynamaq mənə xoşdur. Özü də Yifan kimi xanımla. O, qadınlar arasında dünya çempionudur. Ciddi rəqibdir. Bu mənada asan oyun olmadı. Səhvdən sonra rəqib üstünlük əldə etdi və nəticədə məğlub ola bilərdim. Heç-heçə yaxşı nəticədir. Hazırda turnirin başlanğıcıdır, ona görə indidən yekun haqda danışmaq düz olmaz. Məqsədim Şəmkir turnirini ilk beşlikdə bitirməkdir”.