20:34 28-05-2016
news_image
703
STOLÜSTÜ OYUNLAR

Teymur, Rauf və Eltacdan heç-heçə, Məmmədyarov Elyanova qalib gəldi - YENİLƏNİB

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 turnirində növbəti turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, III turda Rauf Məmmədov istisna olmaqla, yığmamızın digər üzvləri “qaralar”la oynayıblar.

 

II turda Teymur Rəcəbovla xalları yarı bölən Məmmədov bu dəfə də Eltac Səfərli ilə bərabərliyə razılaşıb. Teymur da Aniş Qiri ilə görüşdə eyni nəticə əldə edib.

 

2 görüşdən sonra aktivində 0,5 xalı olan Şəhriyar Məmmədyarov isə ukraynalı Pavel Elyanovu məğlub edərək ilk qələbəsini qazanıb. 

 

ShamkirChess 2016

28 may

III tur

Teymur Rəcəbov (Azərbaycan, 2726) - Aniş Qiri (Hollandiya, 2790) - 0,5:0,5

Eltac Səfərli (Azərbaycan, 2664) - Rauf Məmmədov (Azərbaycan, 2655) - 0,5:0,5

Fabiano Karuana (ABŞ, 2804) – Hou Yifan (Çin, 2663) - 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - Pavel Elyanov (Ukrayna, 2765) - 1:0

Sergey Karyakin (Rusiya, 2779) - Pentala Harikrişna (Hindistan, 2763) - 1:0

 

Turnir cədvəli: Karuana - 2.5 xal, Qiri – 2 xal; Karyakin, Harikrişna, Rəcəbov, Məmmədov, Məmmədyarov, Səfərli – hamısı 1,5 xal;  Yifan - 1 xal, Elyanov – 0,5 xal