14:46 28-05-2016
news_image
370
DİGƏR NÖVLƏR

Dünya Kubokunda gümüş - FOTO

Çexiyanın Raçitse şəhərində keçirilən kayak və kanoe üzrə II Dünya Kubokunda Azərbaycan milli komandası ilk medalını qazanıb. Milli Avarçəkmə Federasiyasından apasport.az saytına verilən məlumata görə, qadınlar arasında 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yürüşdə İnna Osipenko-Radomskaya gümüş medala sahib olub.

 

Finişə 40,114 saniyəyə çatan 34 yaşlı idmançı yalnız fransalı Sara Quyodan 0,194 saniyə geri qalıb. Bürünc medalı isə 40,920 saniyə nəticə ilə slovakiyalı Martina Kohlova əldə edib.

 

Sonrakı pillələri ardıcıl olaraq, sloveniyalı Spela Ponomarenko Yaniç (41.142), isveçli Linnea Stensils (41,314), böyük britaniyalı Cessika Valker (41,492), çinli Yue Li (41,520) və Yu Ju (41,570), eləcə də kubalı Yusmari Menqana Rodriges (41,848) tutub.

 

Qeyd edək ki, İnna Osipenko-Radomskaya II Dünya Kubokunda qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşə də qatılacaq.