15:55 28-05-2016
news_image
486
DİGƏR NÖVLƏR

Yığmamız “ənənə”sini pozmadı

Almaniyanın Münhen şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, son yarışlarda medal qazana bilməyən Azərbaycan millisi bu dəfə “ənənə”sini pozmayıb.

 

Belə ki, Rio üçün “wild card” arzusunda olan Ruslan Lunyov 2 məsafədə hədəf önünə keçib. O, 25 m məsafədən atəş açmada 14-cü, 10 m məsafədən atəş açmada isə 23-cü olub.

 

Yığmamızın digər snayperi Xəyalə Hüseynli isə 135-ci pillədə qərar tuta bilib. O, 10 m məsafəni nişan almaqda cəmi 2 rəqibini qabaqlayıb.