01:05 30-05-2016
news_image
505
STOLÜSTÜ OYUNLAR

“Qadınlarla oyunum həmişə çətin alınır”

"Oyunu debütda bərabərləşdirdim. Sonrakı hissədə üstünlüyümü artırmaq istədim, lakin buna nail ola bilmədim”. Apasport.az saytının məlumatına görə, bunları şahmatçı Şəhriyar Məmmədyarov deyib.

 

ShamkirChess 2016-nın IV turunda çinli xanım idmançı Hou Yifanla bərabərliyə razılaşan qrossmeysterimiz görüşü belə şərh edib: “Bu gün qələbə qazanmağa israrlı idim, amma oyunun sonunda cüzi problemlərlə rastlaşdım. Dəqiq oyunla bərabərliyi saxlaya bildim. Ümumiyyətlə, mənim həmişə qadınlarla oyunum çətin alınır, amma bu dəfə problem yaşamadım, məyus olmadım və xal bölgüsü ilə ayrıldıq".

 

Hou Yifan da matçla bağlı fikirlərini bölüşüb: "Şəhriyar Məmmədyarov çox güclü şahmatçıdır. Bu gün də mənim məqsədim möhkəm oynayıb, uduzamamaq idi. Məqsədimə nail oldum. Ona görə riskli gedişləri seçmirdim, vəzir sonluğunda xırda üstünlüyüm var idi, amma rəqib dəqiq oyunla heç-heçə edə bildi. Çox şadam ki, dünya şahmatının güclü simalarının biri sayılan Şəhriyar Məmmədyarov ilə sülh bağladım".