08:53 31-05-2016
news_image
447
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları üçün uğursuz tur

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turnirində növbəti turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, V tur Azərbaycan şahmatçıları üçün uğurlu alınmayıb.

 

Belə ki, qrossmeysterlərimizdən Teymur Rəcəbovla Eltac Səfərli uduzduğu halda, Şəhriyar Məmmədyarovla Rauf Məmmədov öz aralarında xalı yarı bölüb.

 

Turun yekununa əsasən yarışın reytinq-favoriti Fabiano Karuana liderliyini möhkəmlədib.

 

 

ShamkirChess 2016

29 may

V tur

Fabiano Karuana (ABŞ, 2804) – Teymur Rəcəbov (Azərbaycan, 2726) - 1:0

Eltac Səfərli (Azərbaycan, 2664) - Aniş Qiri (Hollandiya, 2790) - 0:1

Sergey Karyakin (Rusiya, 2779) - Hou Yifan (Çin, 2663) – 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - Rauf Məmmədov (Azərbaycan, 2655) - 0,5:0,5

Pentala Harikrişna (Hindistan, 2763) - Pavel Elyanov (Ukrayna, 2765) - 1:0

 

Turnir cədvəli: Karuana - 4,5 xal; Qiri – 4 xal; Karyakin – 3; Məmmədyarov, Harikrişna – 2,5; Səfərli, Rəcəbov, Məmmədov - 2; Yifan – 1,5; Elyanov – 1.

 

Qeyd edək ki, yarışda bu gün istirahətdi. VI turun matçları sabah olacaq.