09:42 31-05-2016
news_image
3502
TOP OYUNLARI

Odina Bayramova Azərbaycandan ayrılır

Azərbaycan millisinin voleybolçusu Odina Bayramova karyerasını ölkə xaricində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, yığmamızın 26 yaşlı əsas heyət oyunçu “İdmanocağı” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

 

Belə ki, Bayramova Trabzon təmsilçisi ilə prinsipcə anlaşıb. Onun Avropa Liqasının oyunlarından sonra rəsmi müqaviləyə imza atacağı bildirilir. Əgər milliləşdirilmiş legionerimiz Türkiyə klubuna transfer olunarsa, karyerasında ilk dəfə ölkə xaricində çıxış edəcək.

 

O, bunadək “Şahdağ”, “Bakı” və “Azərreyl” klublarında oynayıb.

 

Qeyd edək ki, Çempionlar Liqasında çıxış edəcək “Azərreyl”in də Odinanı komandada saxlamaqda maraqlıdı. Lakin Bayramova ötən mövsümdən komandasından ayrılmaqda maraqlıdı.