12:45 31-05-2016
news_image
2494
TOP OYUNLARI

AFFA final iştirakçılarını 5 min manat cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, mövsümün son yığıncağında Azərbaycan kubokunun final matçında baş verənlər müzakirə olunub.

 

“Qarabağ” – “Neftçi” matçının 120-ci dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə əyalət təmsilçisi 1000 manat cərimələnib.

 

“Qarabağ” oyunun 120+1-ci dəqiqəsində qırmızı vərəqə alan Reynaldo Silvaya görə də 2000 manat ödəməli olacaq. Braziliyalı özü isə 2 oyun cəzalanıb.

 

Matçın 120-ci dəqiqəsində meydandan qovulan “Neftçi”nin legioneri Erik Ramosun da cəzası eyni olub. O, 2 oyunluq cəzalanıb, klubunu 2000 manat ziyana salıb.