11:05 02-06-2016
news_image
609
TOP OYUNLARI

“Ən çətin oyunumuz Azərbaycana qarşı olacaq” – Fransa yığmasının baş məşqçisi

“Hazırlığımız yüksək səviyyədə keçdi. Bunun üçün də komandamız Avropa Liqasında ən yaxşı oyununu göstərməyə çalışacaq”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Fransa yığmasının baş məşqçisi Maqali Maqel deyib.

 

Yerli “Myulhous” klubunu da çalışdıran mütəxəssis Avropa Liqası ilə bağlı fikirlərini açıqlayıb. O, bildirib ki, iyunun 3-də başlayacaq yarışda yetirmələrini çətin və məsuliyyətli oyunlar gözləyir: “Qrupdan çıxmaq üçün şanslarımız var. Fikrimcə, ən çətin oyunumuz Azərbaycana qarşı olacaq. Bu komandada çox güclü voleybolçular yer alıb. Lakin ilk mərhələyə ev sahibliyi edəcək Monteneqro da özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. İspaniyanın da bütün rəqiblərə qarşı ciddi müqavimət göstərəcəyi gözləniləndi. İnanıram ki, bütün oyunlar gərgin keçəcək”.

 

Qeyd edək ki, yarışın açılış oyununda Azərbaycan Fransa ilə oynayacaq.