23:21 03-06-2016
news_image
637
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov sözünü sona saxladı

ShamkirChess2016 Superturnirinin VIII turunda həmyerlimiz Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti Fabiano Karuana üzərində qələbə qazanıb. Apasport.az saytının xəbərinə görə, debütdən üstünlük qazanmayan ABŞ təmsilçisi səhvə yol verməklə məğlubiyyətinə səbəb olub. Məmmədyarov isə Karuananın səhvindən yararlanmaq üçün 3 gedişdən sonra böyük üstünlük əldə edib və nəticə vacib qələbə qazanıb.


Fabiano Karuana mətbuat konfransında səhvə yol verdiyini etiraf edib: "Şəhriyara qarşı əvvəlcədən hazırladığım taktika ilə oynadım. Bərabər səviyyəli oyun idi. Qələbə görünmürdü. Onun üstünlüyü yox idi. Ardıcıl iki səhv gediş etdim. Sözsüz, qələbə hər zaman qələbədi. Rəqib səhvimi düzgün qiymətləndirərək partiyanı hesabına yazdı. Çox təəssüf ki, bu gün məğlub oldum. Məğlubiyyət son tur ərəfəsində vəziyyətə ciddi olaraq təsir edəcək. Sabah son turda qələbə qazanmağa çalışacam. Şəmkiri çempion kimi tərk etmək şansım var. Bu şansdan yararlanmalıyam".

Məmmədyarov partiyanın təhlili zamanı həmkarının dedikləri ilə razılaşıb: "Partiya bərabər səviyyədə başladı. Qara fiqurlarla qələbəyə oynamaq çətindi. Azacıq üstünlük yarandığı zaman onu inkişaf etdirməyə çalışdım. Üstünlüyüm artdıqca qələbə şanslarım artırdı. Bu qələbə çox vacib idi. Sabah son turda da qələbəyə oynayacam. Yekun haqda turnir başa çatandan sonra danışarıq. Yarış hələ davam edir".