15:53 06-06-2016
news_image
547
TOP OYUNLARI

Bakı klubundan şikayət edib, fransızlarla razılaşdı - FOTO

Yaşaması sual altında olan “Lokomotiv”i daha bir voleybolçu tərk edib. Apasport.az saytının məlumatına görə, son mövsümün 6 ayının maaşını ala bilməyən Berit Kauffeldt artıq “dəmiryolçu”larla rəsmən vidalaşıb.

 

Almaniyalı blokçu karyerasını Fransada davam etdirməyə qərar verib. “Lokomotiv”dən beynəlxalq qurumlara şikayətçi olan Kauffeldt “Beziers”lə anlaşıb. O, artıq 1 illik rəsmi müqaviləyə də imza atıb.

 

Qeyd edək ki, almaniyalıdan öncə baş məşqçi Karlo Parisi, həmçinin Brenda Kastillo, Aneta Havlikov, Özgə Kırdar Cemberçi də 800 min dollara yaxın borcu olan Bakı təmsilçisindən getmişdi. Komandanın digər işçiləri və oyunçuları isə özünə yeni iş yeri axtarmaqdadı.