16:13 06-06-2016
news_image
1150
DÖYÜŞ NÖVLƏRİ

“Qızlarım Azərbaycana getmədiyi üçün vicdanım sızlayır”

Tanınmış ukraynalı güləş məşqçisi Andrey Pistun həmyerlilərinin Azərbaycana axınının səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis vətənində maliyyə durumunun ürəkaçan olmamağından gileylənib.

 

O bildirib ki, Azərbaycan vətəndaşlığı qəbul edən güləşçi kasıb həyatdan canını qurtarıb, imkanlı həyata qədəm qoyur: “Mən həmişə patriot olmuşam. Tez-tez yaxın dostum Aleksandrla görüşüb, məşqçilik barəsində danışırıq. O, ən yaxşı idmançı qızlarını Azərbaycana verib. Bu yaxınlarda onun bu ölkədəki tələbələri 3 medal götürdü. Həmin vaxt ona zən edib dedim ki, sənə halaldı. Bu medallarla sən onları uzun illər üçün kasıb həyatdan xilas etdin. Buna görə sənə “əhsən” düşür”.

 

Pistun Rio Olimpiadasından sonra Azərbaycana yeni güləşçi nəslinin axınını da istisna etməyib. Onun sözlərinə görə, yetirmələrinin güclü yığmalara getməsinin qarşısını kəsməyəcək: “Mən isə öz çempion qız yetirmələrim üçün heç nə edə bilmirəm. Bu səbəbdən vicdanım sızlayır. Onlar mübarizə aparırlar, zədə alırlar, çoxlu qiymətli medallar qazanırlar. Ancaq imkan baxımından irəli gedə bilmirlər. İndi gənclər üçün bir stimul var. O da ölkə xaricinə çıxmaqdı. Rio Olimpiadasından sonra çətin ki, məşqçilər güclü idmançıları saxlaya bilsinlər. Bu dəfə mən artıq öz idmançılarıma vəd verib, aldatmayacam”.