18:16 06-06-2016
news_image
525
DİGƏR NÖVLƏR

“Atam Bakı haqqında xoş təəssüratlarını mənimlə bölüşüb” - FOTO

“Atam Yos Ferstappen 2012-ci ildə Bakıda keçirilmiş GT3 yarışlarında iştirak edib. Mən həmin yarışlara canlı yayımda baxmışam və bizim yarışacağımız trekin bəzi hissələri çox oxşardı”. Apasport.az saytının məlumatına görə, bunu “Red Bull Racing” komandası pilotu Maks Ferstappen deyib.

 

İspaniya Qran-prisinin qalibi Bakıya səfər öncəsi fikirlərini açıqlayıb. İyunun 17-19-da paytaxtımızda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisini səbirsizliklə gözlədiyini deyib: “Atam şəhər haqqında xoş təəssüratlarını mənimlə bölüşüb, buna görə səbirsizliklə Bakıya gələcəyimiz günü gözləyirəm. Şəhər treklərində uzun düzlük olur və bu bolidin ayarlarında əlavə çətinliklər yaradır. Şəhər treklərində, həmçinin asfalta yatma qüvvəsi lazım olur, lakin uzun düzlük bolidin ayarlarında bizi güzəştə getməyə məcbur edir. Bütün pilotlar və komandalar hər şeyə sıfırdan başlayacaqlar. Yeni ölkələri və avtodromları kəşf etmək hər zaman maraqlı olub”.