11:22 08-06-2016
news_image

Zülfiyyə Hüseynova Avropa çempionatına yollanır

İyunun 23-26-da Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışa Azərbaycan millisi də qatılacaq.

 

Poreç tatamisinə həmyerlilərimizdən Zülfiyyə Hüseynova (63 kq), Vüqar Cəfərov (66 kq), Rauf Fərzəliyev, Azad Abbasov, Müşfiq Cəfərov, Vüqar Budaqov (müxtəlif yaş qruplarında, 73 kq), Mübariz Cəfərov (81 kq), Fərhad Rəcəbli (90 kq), Mübariz Pənahov, Zaur Paşayev (müxtəlif yaş qruplarında, 100 kq) və Zaur Bağırov (+100 kq) çıxacaq.

 

Yarışa ümumilikdə 36 ölkədən 555 veteran cüdoçu qatılacaq.