11:58 08-06-2016
news_image
3420
TOP OYUNLARI

Borc 1 milyon dollara qalxdı, icraçı-direktor da komandadan ayrıldı

“Lokomotiv” voleybol klubunun dağılacağı rəsmiləşmək üzrədi. Apasport.az saytının məlumatına görə, borcu təxminən 1 milyon dollara çatan komandada nə voleybolçu qalıb, nə də hansısa əməkdaşı. Üstəlik, klubun ofisi də bağlanıb.

 

Artıq icraçı-direktor Xəyal Rəhimov da komanda ilə vidalaşıb. Digər əməkdaşların isə ərizələri toplanıb. Menecerlərin və köməkçi məşqçilərin də Bakı klubundan imtina etdiyi bildirilir.

 

“Lokomotiv” üçün müəyyən müddət öncə yeni sponsor da müəyyənləşə bilərdi. Lakin komandanı öhdəçiliyə götürmək istəyənlər onların borcu səbəbindən kənara çəkiliblər.

 

Qeyd edək ki, komandanı baş məşqçi Karlo Parisi, həmçinin Brenda Kastillo, Berit Kauffeldt, Aneta Havlikov, Özgə Kırdar Cemberçi rəsmən tərk edib.