12:19 08-06-2016
news_image

Olimpiyaçımız Koreyada hazırlığa başladı

Azərbaycan taekvondoçuları Cənubi Koreyaya yollanıblar. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət yığmamızın baş məşqçisi Sun Mi Park 2 idmançımızın Asiyada hazırlıq keçməsini məqsədəuyğun hesab edib.

 

Çalışdırıcı Rio Olimpiadasına lisenziyanı təmin edən Patimat Abakarova (49 kq), həmçinin Yaprak Erisə (62 kq) məşqləri Koreyada keçəcək. Hazırlıq iyulun 8-dək davam edəcək.

 

Qeyd edək ki, Olimpiadaya lisenziya qazanan Fəridə Əzizova (67 kq) Rioya şəxsi məşqçisinin rəhbərliyi altında hazırlaşır.