12:23 08-06-2016
news_image
571
DİGƏR NÖVLƏR

“Formula-1”: Komandaların Bakıya gəlmə vaxtı açıqlandı

Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisinə qatılacaq texniki heyətlərin və pilotların ölkəmizə gələcəyi vaxt dəqiqləşib. Bakı Şəhər Halqasından apasport.az saytına verilən məlumata görə, komandalar iyunun 14-dən etibarən paytaxtımıza təşrif buyuracaqlar.

 

Buna səbəb onların iyunun 10-12-də Kanada Qran-prisinə qatılmalarıdı. Monrealdan Bakıya gələcək komandalar yarış bitdikdən dərhal sonra isə ölkəmizdən ayrılacaqlar. Çünki Avropa Qran-prisinin ardınca onlar Avstriyadakı mərhələdə sürətlərini yoxlayacaqlar.

 

Qeyd edək ki, Bakıdakı yarış iyunun 17-19-da olacaq.