14:26 08-06-2016
news_image
743
TOP OYUNLARI

“Mançester Yunayted”dən ilk transfer - FOTO

“Mançester Yunayted” yay transfer dönəminin ilk keçidini həll edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “qırmızı şeytanlar” “Vilyarreal”ın müdafiəçisi Erik Beyllini heyətə qatıblar.

 

Denis Suaresi “Barselona”ya satan “Vilyarreal” Beyllinin keçidindən 30 milyon funt-sterlinq qazanc əldə edib. Fil Dişi Sahili millisinin mərkəz müdafiəçisi yeni komandasında artıq tibbi müayinədən də keçib və müqaviləyə qol çəkib. İngilis klubunun iki gün ərzində transferi və 22 yaşlı oyunçunun bağladığı müqavilənin müddətini bəyan etməsi gözlənilir.

 

Qeyd edək ki, Erik Beylli “Mançester Siti”, “Barselona” və PSJ-nin də maraq dairəsində idi.