16:23 08-06-2016
news_image
643
TOP OYUNLARI

“Azərbaycanla ikinci oyun da asan olmayacaq” – Fransa millisinin oyunçusu

“Növbəti mərhələyə ciddi hazırlaşmışıq. Məqsədimiz evdə uğurlu çıxış etməkdi”. Apasport.az saytının məlumatına görə, bunu Fransa millisinin voleybolçusu Astrid Soplay deyib.

 

23 yaşlı hücumçu Avropa Liqasının II dövrəsi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, son 3 oyuna ev sahibliyi edəcəklərindən nəticələrini yaxşılaşdırmağa çalışacaqlar: “I dövrədə istədiyimiz oyunu göstərə bilmədik. Lakin növbəti matçlar evdə olacağından inamlı çıxışa ümid edirik. Gözlədiyimiz kimi, Azərbaycan qrupun aşkar favoritidi. Onlarla Renndəki oyun da asan olmayacaq. Lakin Monteneqro və İspaniyaya gücümüzü göstərə bilərik”.

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin II dövrəsi sabah başlayacaq. B qrupunda yer alan Azərbaycan millisi ilk oyunlarda Fransa, İspaniya və Monteneqroya xal vermədən qalib gəlib.