13:55 09-06-2016
news_image

Yığmamız Olimpiada hazırlıqlarına başladı

Kişi taekvondoçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Reza Mehmandost Rio Olimpiadasına hazırlıqlara lisenziya qazanan Milad Beigi Harçeqani (80 kq) və Radik İsayevlə (+80 kq) yanaşı, bütün yığma üzvlərini dəvət edib.

 

İranlı mütəxəssis və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında məşq edən komandamız federasiyanın inzibati binasının zalında məşq keçir. Onların təlim-məşq toplanışı üçün bölgələrə və ölkə xaricinə çıxmaları istisna olunmur.

 

Qeyd edək ki, Rio-2016-ya lisenziya qazanan Patimat Abakarova (49 kq), həmçinin Yaprak Eriş (62 kq) iyulun 8-dək Koreyada hazırlıq keçəcək. 67 kq çəki dərəcəsində Olimpiadaya ölkəmizi təmsil edəcək Fəridə Əzizova isə şəxsi məşqçisinin rəhbərliyi altında hazırlaşır.