15:11 09-06-2016
news_image
885
TOP OYUNLARI

Böhran “Azərreyl”i də “vurdu”: Büdcə azaldı, baş məşqçi ilə yollar ayrıla bilər

Azərbaycanı yeni mövsümdə Çempionlar Liqasında təmsil edəcək “Azərreyl” ulduz voleybolçu transferi planlaşdırmır. Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın büdcəsinin azaldımasıdı.

 

Belə ki, Bakı təmsilçisinin büdcəsinin 3-4 dəfə azaldığı bildirilir. Bu səbəbdən də avrokubokda ölkəmizi təmsil edəcək komanda əsasən yerli voleybolçulara güvənəcək. “Azərreyl”in gətirəcəyi əcnəbilərin isə ikinci dərəcəli voleybol ölkələrindən olacağı proqnozlaşdırılır.

 

“Dəmiryolçular”ın yollarına Bülənt Karslıoğlu ilə davam edəcəyi də sual altındadı. Çünki türkiyəli baş məşqçi ilə müqavilə hələlik yenilənməyib. Komandanın bütün bu məsələləri bu gün Romada baş tutacaq püşkatmadan sonra həll edəcəyi gözlənilir.

 

Qeyd edək ki, “Azərreyl”dən öncə “Azəryol”un da büdcəsi azaldılmışdı və komanda bu səbəbdən avrokuboka qatılmaqdan imtina etmişdi.