18:15 09-06-2016
news_image
3015
TOP OYUNLARI

Püşkdən öncə: Azərbaycan çempionu I səbətdə!

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2016/2017 mövsümünün iştirakçı komandaları səbətlərə bölünüb. Apasport.az saytının eksklüziv məlumatına görə, bu gün Romada baş tutacaq püşkatma zamanı Azərbaycan klublarının da yer alacağı səbətlər dəqiqləşib.  

 

Belə ki, ümumilikdə 30 komandanın qatılacağı qitənin ən güclü klub turnirinə Bakı təmsilçiləri qrup mərhələsindən start verəcəklər. Ölkəmizin reytinqi yüksək olduğu üçün Azərbaycan çempionu “Azərreyl” burada I səbətdə yer alacaq. Bu o deməkdi ki, “dəmiryolçular” nisbətən zəif klublarla qarşılaşacaqlar.

 

Püşkatma zamanı Super Liqasının gümüş medalçısı “Telekom” isə 3-cü səbətdən çıxacaq. Çempionlar Liqasında ikinci mövsümünü keçirəcək komanda buna görə də əsasən daha güclü rəqiblərlə qarşılaşmalı olacaq.

 

Yarışda ilk dəfə tətbiq olunacaq təsnifat mərhələlərində də kimin haradan başlayacağı məlumdu. İlkin mərhələdə 4 komandadan 2-si, 2-ci və 3-cü təsnifat mərhələlərinin yekununa əsasən isə cəmi 4-ü qrupda oynamaq hüququ qazanacaq. Onların da hamısı 4-cü səbətdə yer alacaq. Məğlub olacaq 14 klub isə CEV kubokunda mübarizəni davam etdirəcək.

 

Qrup mərhələsinə gəlincə, 4 qrupun qalibi, həmçinin 3 ən yaxşı 3-cü yerin sahibi pley-offa yüksələcək. Bundan sonra “Dördlər finalı”nın ev sahibinin adına aydınlıq gələcək, həmçinin 6 komanda ona rəqib olmaq üçün 3 cütə bölünəcək. Qaliblər yarımfinalda iştirak hüququ qazanacaqlar.

 

Oktyabrın 10-da start götürəcək Çempionlar Liqasının finalı isə aprelin 23-də təşkil olunacaq.

 

1-ci təsnifat mərhələsi

“Maritsa”* (Bolqarıstan), “Luka”* (Monteneqro), “Kohila”* (Estoniya), “Drita”* (Kosova)

 

2-ci və 3-cü təsnifat mərhələləri

I səbət: “Əczaçıbaşı” (Türkiyə), “Dinamo”* (Krasnodar, Rusiya), “Dabrova Qornitsa” (Polşa), “Kann” (Fransa), “Modena” (İtaliya), “Agel” (Çexiya), “Vizura” (Serbiya), “Hameenlinna”* (Finlandiya)

II səbət: “Ximik”* (Ukrayna), “Kalsit” (Sloveniya), “Makkabi”* (Hayfa, İsrail), “Bimal-Yedinstvo”* (Bosniya və Herseqovina), “Minçanka”* (Belarus), “Linamar”* (Macarıstan), 1-ci təsnifat mərhələsinin 2 qalibi

 

Qrup mərhələsi

I səbət: “VakıfBank” (Türkiyə), “Dinamo” (Moskva, Rusiya), “Ximik” (Polşa), “Azərreyl” (Azərbaycan)

II səbət: “Sen-Rafael” (Fransa)*, “Konegliano” (İtaliya), “Dresdner” (Almaniya), “Volero” (İsveçrə)

III səbət: “Fənərbaxça” (Türkiyə), “Uralochka” (Rusiya), “Telekom” (Azərbaycan), “Alba” (Rumıniya)

IV səbət: 3-cü mərhələnin 4 qalibi

Qeyd: * işarəsi ilə Çempionlar Liqasında debütantları fərqləndirilib.