12:49 11-06-2016
news_image
3194
TOP OYUNLARI

“Azərbaycan voleybolu problemlərdən əziyyət çəkir” – Polşa çempionu

“Ardıcıl 2 ildi ki, “ölüm qrupu”na düşürük. İndidən nəsə demək çətindi. Çünki qrupumuzda çox çətin komandalar yer alıb”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Ximik” voleybol klubunun məşqçisi Yakub Qluşak deyib.

 

O, Çempionlar Liqasının püşkatmasına münasibət bildirib. Polşa çempionunun sözlərinə görə, A qrupunda onları heç də asan rəqiblər gözləmir: “İtaliyanın çox güclü “Konegliano” klubu ilə üz-üzə gələcəyik. Bu komanda hazırda əla formadadı. Super transferlər həyata keçirirlər. Qrupumuzda elə də tam məlumatlı olmadığım komanda “Telekom”du. Onların yeni mövsümdə necə olacağını və necə çıxış edəcəyini demək çox cətindi. Azərbaycan voleybolu hazırda problemlərdən əziyyət çəkir. Bu kluba gəlincə, büdcələri o qədər də böyük deyil. Çünki rəqibimizin heyətində dünya səviyyəli oyunçular yoxdu”.

 

Mütəxəssis bildirib ki, qrupun digər iştirakçısı İtaliya “Modena”sı və ya Fransa “Kann”ı olacaq. Onun sözlərinə görə, bu komandalar da qitədə öz sözlərini deyənlərdəndi.