00:05 13-06-2016
news_image
617
TOP OYUNLARI

Polina Rəhimova bu dəfə də əlçatmazdı

Voleybol millimiz qadınlar arasında Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Fransa ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Fransanın Renn şəhərində baş tutan qarşılaşma yığmamızın  3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçın ən məhsuldar oyunçusu komandamızın üzvü Polina Rəhimova olub. O, millimizə 22 xal qazandırıb. Onu millimizin daha bir üzvü Yan Kulan izləyib – 13 xal.

 

Qeyd edək ki, Polina Rəhimova bundan öncəki İspaniya ilə qarşılaşmanın da ən məhsuldar oyunçusu olmuşdu.