09:22 14-06-2016
news_image

“Azərbaycan növbəti irimiqyaslı yarışlara layiqdi” - Çinq Ko Vu

“Olimpiadada boks yarışlarında çox gərgin mübarizə gedəcək. Bu da Oyunlara güclü idmançıların qatılması ilə bağlıdı”. Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Ko Vu deyib.

 

O, iyunun 16-25-də Bakıda keçiriləcək Dünya Olimpiya Təsnifat Turniri ilə bağlı fikirlərini açıqlayıb. Vu ölkəmizin bu yarışı yüksək səviyyədə təşkil edəcəyinə inam ifadə edib: “Bakı 2011-ci ildə dünya çempionatını möhtəşəm keçirdi. Bu onu göstərir ki, Azərbaycan növbəti irimiqyaslı yarışlara layiqdi. Bütün boksçulara və komandalara uğurlar arzulayırıq”.

 

Qeyd edək ki, Bakıda baş tutacaq yarışda 39 lisenziya veriləcək.