10:20 14-06-2016
news_image

Bakıya gələcək yığmaların sayı rəsmən açıqlandı

İyunun 16-dan 25-dək Bakıda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirinə qatılacaq ölkələrin və boksçuların sayı rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, Rioya 39 lisenziya verəcək yarışa 105 ölkənin idmançısı qatılacaq.

 

İlkin siyahı ilə müqayisədə ölkələrin sayı artmasa da, boksçuların sayında dəyişiklik olub. Belə ki, millimizin 3 boksçusunun - Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədovun (81 kq) qatılacağı turnirə ümumilikdə 469 idmançı qatılacaq.

 

Qeyd edək ki, Bakıda olacaq kişi boksçuların mübarizəsində 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq və 81 kq çəki dərəcələrində ilk “beşlik”, 49 kq-da finalçılar, 91 kq və +91 kq çəki dərəcələrində isə çempion Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Millimiz 7 çəkidə bu hüquqa yiyələndiyindən turnirə 3 idmançı ilə qoşulacaq.