12:34 14-06-2016
news_image
482
DİGƏR NÖVLƏR

Yığmamızın Dünya Kubokuna qatılacaq heyəti açıqlandı

İyunun 20-dən 29-dək Bakıda atıcılıq üzrə Dünya Kuboku keçiriləcək. Apasport.az saytının məlumatına görə, Bakı Atıcılıq Mərkəzində baş tutacaq yarışa Azərbaycan millisi 23 snayperlə qatılacaq.

 

Belə ki, güllə atıcılığı üzrə yığmamızın baş məşqçisi İradə Aşumova əsasən gənclərə şans verəcək. O, Rio-2016-da ölkəmizi təmsil edəcək Ruslan Lunyov, həmçinin Rəsul Məmmədov, Nigar Nəsirova, Xəyalə Hüseynli, Nəzrin Abbaslı, Rəşidə Abdullayeva, Ürfan Axundov, Elvin Astanov, Zakir Beydullayev, Ülviyyə Eyvazova, Zərifə Qasımova, Leyla Mirzəzadə və Rəhim Rəhimovu sınaqdan çıxaracaq.

 

Stend atıcılığı üzrə millimizin baş məşqçisi Hafiz Cəfərov isə əsasən təcrübəlilərə güvənəcək. Komandamızın heyətində Niyaz Əlizadə, Sevda Mustafayeva, Regina Meftahətdinova, Aydan Camalova, Nurlana Cəfərova, Emin Cəfərov, Elvin İsmayılov, Əli Hüseynli, Fuad Qurbanov və Əlimirzə Quliyev hədəf önünə keçəcək.