10:21 15-06-2016
news_image
443
DİGƏR NÖVLƏR

“Bakı treki yeni olduğundan çətinlikləri dəf etmək mənə çox maraqlı gəlir” - Fernando Alonso

“Tezliklə Bakı trekini sınamaq istəyirəm və iyunun 17-də buna nail olacağam. Mən çox şanslıyam”. Apasport.az saytının məlumatına görə, bunu “MakLaren” komandasının pilotu Fernando Alonso deyib.

 

O, Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisi öncəsi fikirlərini açıqlayıb. Yarışın rəsmi səfiri olan Alonso bildirib ki, bir neçə ay öncə Bakı treki ilə ətraflı tanış olub, onun necə tikilməsinin şahidlik edib: “Trekin konfiqurasiyası çox maraqlıdı. Ensiz, həmçinin ötmə imkanı verən küçələr və sürət. Bakı treki bütün şəhər treklərindən ən sürətlisidi və yeni olduğundan çətinlikləri dəf etmək mənə çox maraqlı gəlir. Simulyatorda Bakı trekini artıq test etmişəm və qeyd edim ki, trek bir çox xüsusiyyətlərinə görə seçilir. Orta əsrlərə məxsus qala divarları, döngələr, saat əqrəbinin əks istiqamətində hərəkət yarışın möhtəşəm olacağına təminat verir”.